Sosial şəbəkədə biz:

AzTV-də koronavirusa yoluxanların sayı AÇIQLANDI

18 June 2020, 17:32
Gündəm

“Əməkdaşlarımız arasında altı nəfər koronavirusa yoluxub”.

 Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, Televiziya Akademiyası da AzTV-nin nəzdində olduğu üçün altı nəfərə orada çalışan əməkdaşlar da daxildir: “Ümumiyyətlə, bununla bağlı ciddi nəzarət aparılır və hərarəti olanlar dərhal geri göndərilir”.(apa.az)