Sosial şəbəkədə biz:

Qəddafinin son anlarını - İndiyədək görünməyən VİDEO

04 February 2016, 21:32
Gündəm

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin həyatının son dəqiqələrinin əks olunduğu və indiyədək heç kimin görmədiyi görüntüləri yayılıb.

AzVision.az Lifenews-a istinadən xəbər verir ki, yayılan videoda Qəddafinin qiyamçılar tərəfindən döyüldüyü, işgəncəyə məruz qaldığı əks olunub. Qərb KİV-lərində yayılan bu görüntülər dünya ictimaiyyəti tərəfindən tənqid olunub. Qeyd edək ki, Müəmmar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də doğma şəhəri Sirtanın yaxınlığında Liviyanın Keçid Şurasının döyüşçüləri ilə atışmada öldürülüb.