Sosial şəbəkədə biz:

Rayonlara getmək istəyən 350 maşın geri qaytarıldı

22 June 2020, 10:37
Gündəm

Dünən Bakıya girişə və çıxışa cəhd edən 900 maşın geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanıb:

“Rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, eyni zamanda, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil postlarda yoxlamadan Bakıya geri qaytarılıb”.

Qeyd edək ki, 21 iyun – 5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilir.