Xuraman Şuşalı:“Evimizdə qırğındır, 4 uşaqla evdə oturmaq...” - FOTO
Müğənni Xuraman Şuşalı karantin günlərini evdə uşaqları ilə keçirməyin çətinliklərindən bəhs edib.
Sənətçi evdə çətin günlər yaşadıqlarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
"Dörd uşaqla evdə oturmaq... Bilirəm ki, izləyicilərimin çoxu ailəli xanımlardır. Uşaqlarla evdə nə edirsiniz? Bizdə qırğındır. Bircə istəyim yığışıb kəndə getməkdir. Bunları həyətə buraxım, qaçsınlar. Mən də qaçım... Görəsən, ayın 5-dən sonra rayona getməyə icazə olacaq?"

Musavat.com