Sosial şəbəkədə biz:

AzTV-nin baş redaktoru koronavirusdan vəfat edib

03 July 2020, 09:05
Gündəm

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev koronavirusdan vəfat edib.

Belə ki, Əməkdar incəsənət xadimi Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl AzTV-nin rejissoru Samir Nemətzadə də COVID-19 virusundan dünyasını dəyişib.