Sosial şəbəkədə biz:

Vilayət Eyvazovdan Babaşovla bağlı ƏMR

03 July 2020, 15:46
Gündəm

Daxili İşlər Orqanlarında növbəti təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Rauf Babaşov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat İşləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin rəis müavini olub.