Neftçalada duzlu su balıqları məhv etdi – VİDEO
Neftçala rayonunda balıqlar kütləvi surətdə qırılır.
Bu barədə siyasi fəal Samir Əsədli məlumat verib.
S.Əsədli bildirib ki, vətəgələr su ilə təmin edilmir: “Məmur məsuliyyətsizliyi balıqçıları duzlu suya da möhtac edib. Nəticədə balıqlar qırılır...”.
Sosial şəbəkədə digər Neftçala sakinləri də bildiriblər ki, rayon rəhbərliyi susuzluq problemi ilə maraqlanmır, insanlar çarəsiz qalıb.
Qeyd: Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, martın 5-də bu vəzifəyə təyin edilib.