Ermənistan rəhbərliyi daha iki hərbçinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi barədə xəbər yayıb.
Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir.
İrəvan etiraf edib ki, gün ərzində itkilərinin sayı 4-ə çatıb. Məlumata görə, kiçik serjant Qrişa Matevosyan və serjant Smbat Qabrielyan məhv edilib. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlayıb.
Bir az əvvəl isə İrəvan daha iki hərbçinin – 28 yaşlı kapitan və 31 yaşlı mayorun Azərbaycan ordusunun sərrast atəşi nəticəsində öldürüldüyünü etiraf etmişdi.
Azərbaycan tərəfi isə bəyan edir ki, düşmənin itkisi 100-ə yaxındır.