Sosial şəbəkədə biz:

Sahibkarlıq subyektlərinə mənşə sertifikatı 1 günə veriləcək

06 February 2016, 16:50
Gündəm
İxrac malları üçün mənşə sertifikatı 1 günə veriləcək.
 
Bu barədə APA-ya İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.
Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.