Sosial şəbəkədə biz:

Hüseynqulu Bağırov mülklərini satışa çıxardı - SİYAHI

18 July 2020, 09:56
Gündəm

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

1) Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,

2) Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;

3) Quba-Qəçrəş yolunda Qərb Universitetinin adına 60 hektar torpaq sahəsi, ferma, içərsində 5 hektarı əhatə edən göl, villalar;

4) Qəbələ, Oğuz, Qax, Zaqatalada hektarlarla qoz, şabalıd, fındıq bağları;

5) Astara İstisu ərazisində möhtəşəm istirahət mərkəzi.