Sosial şəbəkədə biz:

Koronavirus vəkil Rəfiqə Seyidovanın da həyatına son qoydu

18 July 2020, 12:36
Gündəm

Vəkillər Kollegiyasının üzvü, vəkil Rəfiqə Kamran qızı Seyidova bu gün koronavirusdan dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

"Covid-19-la müharibədə çox dəyərli vəkilimizi itirdik, Allah gözəl insan, əziz həmkarımız, vəkil Rəfiqə Seyidovaya rəhmət eləsin, məkanı cənnət olsun, bütün vəkilliyə və yaxınlarına səbr versin",-deyə A.Bağırov vurğulayıb.