Sosial şəbəkədə biz:

Kanalizasiya suyunda yuyulan yarmarka məhsulları - ŞOK

06 February 2016, 20:42
Gündəm
Bu gün "Bakı" kinoteatrı yaxınlığında təşkil olunmuş kənd təsərrüfatı yarmarkası kanalizasiya sularına qərq olub. Yarmarkanın yarı hissəsindən başlayaraq, satışa çıxarılan kənd təsərrüfatı məhsulları 7 nömrəli poliklinikaya tərəf suyun içərisində qalıb. Satıcılar mallarını lap səkinin üstünə çəkməyə məcbur olublar. Hadisənin nədən baş verdiyi dəqiq bilinmir. Bəzi satıcılar və yaxınlıqda yaşayanlar Moderator.az - ın əməkdaşına bunun bəlkə də qəsdən törədildiyini bildiriblər.