Millimizin üzvü “Qarabağ”ın kapitanı oldu
Ağdamın "Qarabağ" komandasının yeni kapitanı məlum olub.
Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı Azərbaycan millisinin futbolçusu Maksim Medvedevə həvalə edilib.
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub, 3 dəfə ölkə kubokunu qazanıb.