Sosial şəbəkədə biz:

Lənkəran və Samuxda sərt karantin ləğv edildi

20 July 2020, 09:11
Gündəm

Bu gündən etibarən Lənkəran şəhərində və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunub.

Bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.