Sosial şəbəkədə biz:

Ermənistanda SES partladı - VİDEO

20 July 2020, 21:56
Gündəm

Ermənitanın Sevan-Hrazdan Su Elektrik Stansiyasında (SES) yanğın olub.

Argeldə yerləşən SES binasının qarşısında yerləşən "T-4" hidrotexniki qurğunun 2 güc transformatorunda partlayış səbəbindən yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Transformatorların hər birində 8 ton yağ olub.

Yanğınsöndürənlər yanğının digər 10 transformatora yayılmasının qarşısını alıb. (publika.az)