Sosial şəbəkədə biz:

“Qarabağ” serbiyalı futbolçunu heyətinə qatır - Foto

22 July 2020, 21:39
Gündəm

“Qarabağ” Uros Matiçin transfer məsələsində sona gəlib.

Serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə bütün müqavilə şərtlərini razılaşdırıb.

Transfer hüququ “Kopenhagen”ə məxsus olan, icarə əsasında 2 mövsümü «Austriya» və APOEL-də keçirən 31 yaşlı legioner yaxın günlərdə Bakıya gəlməlidir.

Danimarka klubu 2017-ci ildə sıralarına qatdığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razılaşıb. Matiç “Qarabağ”ı seçdiyindən, APOEL-in onu yenidən 1 illik icarəyə götürmək təklifini geri çevirib.