Sosial şəbəkədə biz:

Dollar həftəyə bu qiymətlə başladı - Valyutaların qiymət cədvəli

08 February 2016, 10:25
Gündəm
Azərbaycanda valyuta bazarının bu günə olan məzənnəsi açıqlanıb. "Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün 1 ABŞ dolları 1,5819, 1 avro isə 1.7610 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnəyə görə, həftəsonu 1 dollar 1,5853 manat olub. Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.