Sosial şəbəkədə biz:

Arzu Əliyeva: “Əsgəri güllədən qorumaq üçün təkər aparırsınız, video çəkib koordinat verirsiniz”

27 July 2020, 09:27
Gündəm

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva sosial şəbəkə istifadəçilərinə müraciət edib.


A. Əliyeva Feysbuk səhifəsindən vətəndaşları hərbi ilə bağlı paylaşım etməməyə çağırıb. Həmin statusu təqdim edirik: "Xahiş edirik diqqətli olun! 1000 dəfə paylaşıldı ki, cəbhədən çəkiliş etməyin. Ordu üçün təkər aparan şəxs və şəxslər mövqelərimizi çəkib TİK TOK orda-burda paylaşıb. İzləyicilər artıq bu xəbəri neçənci dəfədir deyir. Əsgəri güllədən qorumaq üçün təkər aparırsınız video çəkib koordinat verirsiniz. Gördüyünüz işin nə xeyri oldu?!”