Sosial şəbəkədə biz:

Azərbaycanlı jurnalist koronavirusa yoluxdu

27 July 2020, 10:18
Gündəm

Jurnalist Səlim Balayev Covid-19 infeksiyasına yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun oğlu sosial şəbəkədə yazıb:

"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin".

Qeyd edək ki, Səlim Balayev Azərbaycanın nüfuzlu mətbu orqanlarında çalışıb.