Sosial şəbəkədə biz:

Yasamalda göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş

29 July 2020, 09:37
Gündəm

Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.


Unikal.org-un əldə etdiyi məlumata görə, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə  Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.


Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.