Sosial şəbəkədə biz:

 Bakıda jurnalistin evindən oğurluq olub - FOTO

29 July 2020, 12:21
Gündəm

APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.

Lent.az -ın məlumatına görə, hadisə iyulun 27-də baş verib.

Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.

Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.