Sosial şəbəkədə biz:

Ermənistana məxsus növbəti PUA məhv edildi

29 July 2020, 20:42
Gündəm

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.