Sosial şəbəkədə biz:

“ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdı

29 July 2020, 21:08
Gündəm

Xəbər verdiyimiz kimi, bu gün Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı olub.

Bununla da Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin sayı 20-yə çatıb.

Belə ki, onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir. Azvision.az