Sosial şəbəkədə biz:

Bu universitetdə 7 kafedra, 5 şöbə ləğv edildi

08 February 2016, 14:27
Gündəm
Bakı Slavyan Universitetində 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.   Universitetin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun  qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.   Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək.   Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.