Sosial şəbəkədə biz:

Göygöldə ər-arvad maşında yanaraq öldü

30 July 2020, 17:23
Gündəm

Göygöl rayonunda maşın qəzaya düşüb, iki nəfər yanaraq ölüb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Hacıməlik kəndi yolunda baş verib. 

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə qəzaya düşüb və maşın yanıb. 

Sürücü və sərnişini, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı yanaraq ölüb. 

Məlumata görə, onlar ər-arvad olublar. Faktla bağlı araşdırma aparılır.