Sosial şəbəkədə biz:

Rusiyada koronavirusa yoluxanların sayı 850 mini keçdi

02 August 2020, 12:33
Gündəm

Rusiyada son sutka ərzində 5427 nəfər koronavirus infeksiyasına yoluxub.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 850 870 nəfərə yüksəlib.

Koronavirus qurbanlarının sayı 70 nəfər artaraq 14 128-ə çatıb. İndiyədək 650 173 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada dördüncü yerdədir.