Sosial şəbəkədə biz:

"Qalatasaray" ulduz futbolçusunu satdı

02 August 2020, 12:51
Gündəm

“Qalatasaray” klubunun müdafiəçisi Maykon Pereyra Roke Səudiyyə Ərəbistanına transfer olunub.

Publika.az xəbər verir ki, 32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib.

2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykonun bütün transfer hüququ bu kluba keçib. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a gəlmişdi.