Sosial şəbəkədə biz:

Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi (VİDEO)

05 August 2020, 21:31
Gündəm

Bakıda 88 yaşlı qadın koronavirusdan sağalıb.

Bakıdakı modul tipli xəstəxanada koronavirusdan müalicə alan Həlimə Zeynalova 2 həftə əvvəl Covid-19 diaqnozu ilə daxil olub və müalicələr nəticəsində infeksiyaya qalib gəlib. Həlimə Zeynalovanın koronavirusla yanaşı xəstəliyi olmayıb.
H.Zeynalovanın gəlini Nübar Əliyeva da onunla eyni xəstəxanada müalicə alıb.

https://www.youtube.com/watch?v=vnr-CcEdq1s&feature=emb_title