Sosial şəbəkədə biz:

İlham Əliyev Qobustan rayonunda yol tikintisinə 700 min manat ayırdi

08 February 2016, 21:56
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də “Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Azinforum.az  saytı «AzərTac» agentliyinə istinadən xəbər verir ki, Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.