Sosial şəbəkədə biz:

Ceyhun Bayramov Çavuşoğlu ilə bir arada - Canlı yayım

11 August 2020, 13:40
Gündəm

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında məlumat və fotolar paylaşılıb.

***

XİN rəhbərlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilib. Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

***

Daha sonra Xarici İşlər nazirləri mətbuat brifinqi keçiriblər.