Azərbaycanda yoluxma sayı yenidən artdı
Azərbaycanda yeni koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.