Sosial şəbəkədə biz:

Allahşükür Paşazadəni Hacı Fuad əvəz edəcək

21 September 2017, 11:28
Gündəm
Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. Azinforum.az Yenicag.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq. Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyəcək. Onun əvəzində Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək. Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi: Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı Aleksandr Şarkovski – Yəhudi icmasının sədri Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri