Sosial şəbəkədə biz:

"Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir" - Natiq Cəfərli

13 August 2020, 22:39
Gündəm

"Eldar Həsənov siyasi ambisiyaları olan “klan” oyunçusu olub, maraqlı və qaranlıq bağlantıları olması ehtimalı çox yüksəkdir. Onun korrupsiyaya görə həbs edilməsi inandırıcı deyil, zatən ölkədə az-çox səlahiyyəti, vəzifəsi olan kimi tərpətsən altından 100 korrupsiya “skileti” çıxacaq, deməli məsələ başqadır".

Bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, bu həbsə son həftələr ölkədə baş verən proseslərin tərkib hissəsi kimi baxmaqda yarar var – hətta Ramiz Mehdiyevin məşhur məqaləsi, yazısında klassik müxalifətin bir qanadını müdafiə etməsi də ümumi geniş şəklin tərkib hissəsinə oxşayır: "Görək, maraqlı proseslər ola bilər, ümid edirəm ki, müxalif kəsim, cəmiyyətin düşünən üzvləri olub-bitəni ciddi analiz edəcək, kimlərsə çıxıb növbəti “Üsyankar Səfir” şousu yaratmayacaq..."