“Bavariya” “Barselona”nı 8 qolla darmadağın etdi
Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Günün əsas qarşılaşmasında "Barselona" və "Bavariya" komandaları üz-üzə gəlib.
Lissabonun “Estadio da Luz” stadionunda keçirilən görüş Almaniya klubunun 8:2 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona"nı darmadağın edən "Bavariya" yarımfinala yüksəlib. Münhen təmsilçisi yarımfinalda "Mançester Siti" - "Lion" cütünün qalibi ilə qarşılaşacaq. Azvision.az