Sosial şəbəkədə biz:

Nardarana yeni marşrut xətti istifadəyə verildi

20 August 2020, 12:40
Gündəm

Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsini metronun "Nəriman Nərimanov" stansiyası ilə əlaqələndirən yeni marşrut xətti istifadəyə verilib.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu addım Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların rahatlığı, sərnişindaşımada təhlükəsizliyin təmin olunması çərçivəsində atılıb.