Sosial şəbəkədə biz:

Umayra Tağıyeva: "Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib"

22 August 2020, 18:44
Gündəm

"Ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi ilə əlaqədar hava şəraiti dəyişib, respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli və intensiv olub. Nəticədə bəzi çaylarda daşqın və sel müşahidə edilib".

APA-nın xəbərinə görə, bunu Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Eyni zamanda bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusən də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 km/saniyəyə çatıb, Nəticədə Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib.