Sosial şəbəkədə biz:

Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından DANIŞDI

22 August 2020, 18:47
Gündəm

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova Ombudsman Səbinə Əliyevanın karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakından danışıb. 


Elmira Süleymanova Demokrat.az-a qısa açıqlamasında Səbinə Əliyeva haqda bunları deyib:


"Mən bilirəm ki, siz mənə nə üçün zəng etmisiniz. Yeni Ombudsmanımız da həyat yoldaşı ilə gedib o toyda iştirak edib. Bu doğru deyil. Onların bu hərəkətlərinə mən nə deyə bilərəm? Mənim bu barədə danışmağım gülünc olardı".