Sosial şəbəkədə biz:

BNA: Bir ayda sərnişin səfər sayı 48 faiz artıb

23 August 2020, 14:25
Gündəm

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həftə ərzində daha 2 əlavə ekspress xətti - M9 və M10 istifadəyə verilib, bununla da Mərdəkan, Bilgəh, Buzovna, Şağan qəsəbələrinin metronun “Nəriman Nərimanov” stansiyası ilə əlaqələndirilməsi təmin olunub.

Gündəlik qeydə alınan sərnişin səfər sayı 1 milyon 741 min 456 olmaqla yenidən maksimum həddə çatıb. Son bir ayda isə sərnişin səfər sayı 48 faiz artıb.

Həftə ərzində gündəlik xəttə çıxarılan avtobus sayı da artırılaraq 2200 olub.