Sergey Şoyqu sabah Bakıya gəlir
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.
Rusiya müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.
Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir. /APA