Sosial şəbəkədə biz:

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

28 August 2020, 09:06
Gündəm

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Azərbaycan təmsilçisi "Keşlə" ilk oyununa çıxıb.

Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilərdə daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.