Sosial şəbəkədə biz:

Ədalət Şükürov karantin rejiminə etiraz etdi: “Bu təklifi kim irəli sürüb?”

29 August 2020, 16:49
Gündəm

Əməkdar artist Ədalət Şükürov Operativ Qərargahın bu gün qəbul etdiyi qərarı tənqid edib.

Pravda.az xəbər verir ki, müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü deyib: “Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir. İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”