Sosial şəbəkədə biz:

Rumıniyalı qapıçı 34 yaşında “Milan”a keçdi

13 September 2020, 11:26
Gündəm

Fransanın “Lion” klubunun rumıniyalı qapıçısı Çiprian Teteruşanu karyerasını İtaliyanın “Milan” klubunda davam etdirəcək.

“Transfermarkt” saytının məlumatına əsasən, futbolçunun transfer məbləği 500 000 avro təşkil edib.

Rumıniya millisinin heyətində 68 oyuna çıxan 34 yaşlı Ç.Teteruşanu “Lion”dan başqa “Nant”, “Fiorentina” kimi klubların formasını geyinib.