10 yaşlı Cahandar ikinci dəfə Avropa çempionu oldu
Şahmat üzrə 12 yaşadək oğlanlar arasında Avropa çempionatı keçirilib.
Belə ki, 10 yaşlı azərbaycanlı Cahandar Azadəliyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb.
18-20 sentyabr 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin (ECU) təşkilatçılığı ilə keçirilən onlayn Avropa çempionatında çıxış edən gənc istedad 9 oyundan 8 xalla birinci yeri tutub.
Qeyd edək ki, bu, Cahandarın ikinci Avropa çempionluğudur. Azvision.az