Sosial şəbəkədə biz:

Avropa Oyunlarının açılışına 20 dövlət başçısının gələcəyini gözlənilir

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Turan-a müsahibəsində bildirib ki, iyunda keçiriləcək Birinci Avropa Oyunlarında 50 ölkədən 6200 idmançı iştirak edəcək.Onlar 20 idman növü üzrə yarışacaq, bunların 4-ü olimpiya idman növü deyil. Oyunların açılış mərasiminə fəal hazırlıq gedir, açılışda 6 minə yaxın könüllü iştirak edəcək. Yarışlar 7 əsaslı təmir edilmiş və 6 xüsusi olaraq tikilmiş stadionda və obyektdə keçiriləcək. Nəqliyyat problemlərinin həllinə xüsusi diqqət yetirilib, belə ki, obyektlər şəhərin ayrı-ayrı hissələrndə yerləşir və tamaşamılar və iştirakçılar müxtəlif istiqamətlərə getməli olacaq. Nəqliyyat sıxlığının yaşanmaması üçün əlimizdən gələni edəcəyik, deyə o qeyd edib. Açılış mərasiminə 20 dövlət başçısının gələcəyi gözlənilir. Rəsmi və qeyri-rəsmi qonaqların sayı isə 10 min nəfər təşkil edəcək. Bu günə qədər açılış mərasimi üçün biletlərin 25%-i, müxtəlif idman yarışı üzrə biletlərin 10%-i satılıb. Biletlər daha çox Avropa ölkələrində alınıb. Oyunları işıqlandırmaq üçün 57 ölkədən 1500 jurnalist akkreditasiya keçib, deyə Səfərov bildirib. * Xatırladaq ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Avropa ölkələrinin liderlərinə Azərbaycanda 100-ə yaxın siyasi məhbus azad edilməsə, oyunların açılışına getməmək çağırışı ilə müraciət edib. -03D-
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol