Sosial şəbəkədə biz:

Düşmənin bir ayda məhv edilən texnikaları - SİYAHI

27 October 2020, 16:40
Gündəm

Vətən Müharibəsinin bir ayı tamam olur. Azərbaycan Silahlı Qüvvələri bu müddətdə döyüş meydanında düşmən ordusunu darmadağın edib. İşğalçıların xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Döyüşlərin 1 ayı ərzində Ermənistanın hərbi itkiləri 2,7 milyard dollardan çoxdur.

Sentyabrın 27-dən başlayaraq bu günə qədər düşmənin məhv edilən və hərbi qənimət kimi götürülən texnikalarının bir hissəsinin siyahısını təqdim edirik:

Tank - məhv edilən (253), qənimət götürülən (53)

Piyadaların döyüş maşını (PDM) - məhv edilən (50), qənimət götürülən (29)

Müxtəlif çaplı toplar - məhv edilən (258), qənimət götürülən (24)

Minaatan - məhv edilən (61), qənimət götürülən (45)

Tank əleyhinə vasitə - məhv edilən (53)

“Qrad” yaylım atəşli reaktiv sistemi - məhv edilən (83)

“Uraqan” yaylım atəşli reaktiv sistemi - məhv edilən (2)

"TOS-1A" odsaçan - məhv edilən (1)

“Tor-M2KM” ZRK - məhv edilən (4)

“OSA” ZRK - məhv edilən (40-a yaxın)

“KUB” ZRK - məhv edilən (4)

“KRUQ” ZRK - məhv edilən (1)

“S-125” ZRK - məhv edilən (2)

“S-300” ZRK - məhv edilən (6)

"Elbrus" əməliyyat taktiki raket kompleksi - məhv edilən (2)

“Toçka-U” taktiki raket kompleksi - məhv edilən (1)

Hərbi yük avtomobilləri – məhv edilən (237), qənimət götürülən (173)

Azvision.az