Sosial şəbəkədə biz:

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

31 October 2020, 21:25
Gündəm

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bu barədə Virtualaz.org-a Gürcüstan Baş Prokuroluğundan məlumat verilib.

Xatırladaq ki, oktyabrın 25-də "MTAVARI.TV" telekanalı Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Ermənistana birləşdirilməsini təbliğ etməklə tanınan Vaaqn Çaxalyanın işğal altında olan Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı öldürüldüyünü bildirmişdi.

Gürcüstan Baş Prokurorluğundan isə Çaxalyanın Dağlıq Qarabağa getdikdən sonra taleyi barədə məlumatlarının olmadığı açıqlanıb.