Sosial şəbəkədə biz:

Qarabağ separatçılarının "administrasiyası" Ermənistana köçürüldü

04 November 2020, 19:00
Gündəm

Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası Yerevana köçürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə separatçıların lideri Araik Arutyunyanın “Facebook” səhifəsində qeyd olunub.

Bildirilir ki, onlar “fəaliyyətlərini” Ermənistan Respublikasında “davam etdirəcəklər”.

Separatçılar vurğulayıblar ki, Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial, yaşayış problemləri ilə Yerevandakı qərargah məşğul olacaq.