Sosial şəbəkədə biz:

Dilqəm Əsgərovla Şahbaz Quliyevi Şuşa türməsindən çıxarıb Ermənistana apardılar...

04 November 2020, 19:43
Gündəm

Dilqəm Əsgərovla Şahbaz Quliyevi Şuşadan çıxararaq Ermənistana aparıblar. 
Bunu Moderator.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Ona da bu xəbəri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən bildiriblər. 
Komitədən onu da bildiriblər ki, Dilqəmlə Şahbazı konkret hara apardıqları və saxlanma yerini dəqiqləşdirdikdən sonra baş çəkəcəklər və saxlanma şəraiti barədə girovların ailələrinə əlavə məlumat verməyə çalışacaqlar.