Sosial şəbəkədə biz:

“Həyat yoldaşımın qisası alındı...” - Video

12 November 2020, 12:07
Gündəm

“Mən qələbə xəbərini eşidəndən sonra düşündüm ki, mütləq Prezidentə bunu yazmalıyam. Minnətdarlıq etməliyəm ki, o,  mənim həyat yoldaşımın, mənim kimi həyat yoldaşını itirən qadınların qisasını aldı”. 

“ Azinforum.az ” xəbər verir ki, bunu AzTV-yə müsahibəsində sentyabrın 27-də şəhid olan kapitan Ceyhun Həsənovun həyat yoldaşı, 2 oğul anası Rəvanə Həsənova bildirib. 

O, Prezidentə məktubunda bütün Azərbaycan xalqının belə qəhrəman oğullardan xəbər tutmasını istədiyini dilə gətirib: “İstəyirəm gələcəkdə övladlarım da bilsin ki, ataları necə qəhrəman olub. Tək övladlarım yox, bütün Azərbaycan bilsin. Prezidentimiz bilsin ki, onun əmrində olan necə zabitlər var”.