Sosial şəbəkədə biz:

Nazir iki polis zabitini işdən qovdu və barələrində araşdırma başlatdı

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü bölməsinin (PB) iki əməkdaşı işdən çıxarılıb. "Report" xəbər verir ki, PB-nin baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndəriliblər. Bundan başqa, M.Rzayev və C.Əkbərovun yol verdikləri qanun pozuntuları barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol